24 avqust 2026. Bazar ertəsi

“Bu, ondan gözlədiyimiz səviyyə deyil” - Simeonedən Alvaresə sərt tənqid


“Bu, ondan gözlədiyimiz səviyyə deyil”  - Simeonedən Alvaresə sərt tənqid

Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone hücumçu Xulian Alvaresin çıxışını tənqid edib.

90deqiqe.Az-ın məlumatına görə, "DAZN" çalışdırıcının dediklərini belə çatdırıb.

 “Alvares ən yaxşı oyunlarından birini keçirmədi. Bu, ondan gözlədiyimiz oyun səviyyəsi deyil. Bir şeyi dəqiq deyə bilərik: kuboklar qazanmaq üçün bizə hücumçu lazımdır”

Qeyd edək ki, argentinalı futbolçu La Liqanın “Vilyarreal”la matçında 66-cı dəqiqədə meydana çıxıb. Lakin Alvares qarşılaşmanın qalan bölümündə ciddi təsir göstərə bilməyib. Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Əlavə edək ki, “Atletiko” azarkeşləri “Barselona”ya keçmək istədiyinə görə Xulian Alvaresi fitə basıblar. Futbolçunun uğursuz çıxışı da onun Madrid klubunu tərk etmək niyyəti ilə əlaqələndirilir.







İspaniya L.L.