- İspaniya L.L.
- 01:40 24.08.2026
İspaniya La Liqasının II turunda “Elçe” doğma meydanda “Barselona”nı qəbul edib.
90deqiqe.Az-ın məlumatına görə, “Maneul Martines Valero” stadionunda keçirilən qarşılaşma Kataloniya təmsilçisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşün baş hakimi Uelvanı təmsil edən Alexandro Kintero Qonsales olub.
“Barselona” 15-ci dəqiqədə Rafinhanın penaltidən vurduğu qolla hesabı açıb. İlk hissənin əlavə olunmuş 3-cü dəqiqəsində Karim Adeyemi fərqi iki topa çatdırıb.
İkinci hissədə də kataloniyalılar hücumlarını davam etdiriblər. 67-ci dəqiqədə Rafinya dublunu rəsmiləşdirərək hesabı 3:0-a çatdırıb. Bundan 4 dəqiqə sonra Fermin Lopes fərqlənib. 79-cu dəqiqədə daha bir qol vuran Lopes dubl edib və matçın yekun hesabını müəyyənləşdirib – 5:0.
Qeyd edək ki, “Barselona”nın La Liqanın ilk turunda Bilbaonun “Atletik”i ilə keçirilməli olan oyunu avqustun 27-nə təxirə salınıb. “Elçe” isə mövsümün ilk matçında “Deportivo” ilə 1:1 hesablı heç-heçə edib.
La Liqanın növbəti turunda “Barselona” avqustun 31-də səfərdə “Rayo Valyekano” ilə qarşılaşacaq. “Elçe” isə avqustun 28-də “Rasinq”in qonağı olacaq.