- İspaniya L.L.
- 23:38 24.08.2026
“Barselona” İspaniya çempionatının son turunda “Elçe” ilə matçda zədələnən yarımmüdafiəçisi Qavinin səhhəti ilə bağlı açıqlama yayıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, 21 yaşlı futbolçu sağ dizindən zərbə alıb. Tibbi müayinələr zamanı onun zədəsinin yalnız əzilmə olduğu müəyyənləşib.
Qavinin yaxın günlərdə komandanın məşqlərinə qayıdacağı gözlənilir.
Qeyd edək ki, İspaniya çempionatının ikinci turunda “Barselona” səfərdə “Elçe”ni 5:0 hesabı ilə darmadağın edib. Görüşə start heyətində başlayan Qavi zədə səbəbindən ilk hissənin sonlarına yaxın əvəzlənib. Yarımmüdafiəçi matçda məhsuldar hərəkətlərlə yadda qalmayıb.