26 avqust 2026. Çərşənbə

“Betis” 4 ildən sonra La Liqaya belə başladı


“Betis” 4 ildən sonra La Liqaya belə başladı

İspaniya La Liqasının ikinci turunda “Betis” səfərdə “Valensiya” ilə qarşılaşıb.

 90deqiqe.Az-ın məlumatına görə, Sevilya təmsilçisi doğma meydandan kənarda oynamasına baxmayaraq, rəqibini 1:0 hesabı ilə məğlub edib. Bu, “Betis”in mövsümün əvvəlindən ardıcıl ikinci qələbəsi olub.

İlk turda da “Betis” minimal hesabla qalib gəlib. Komanda həmin görüşdə “Real Sosyedad”ı 1:0 hesabı ilə məğlub edib.

Maraqlıdır ki, “Betis” son 4 ildə ilk dəfə çempionata ardıcıl iki qələbə ilə başlayıb. Sevilya klubunun 4 il əvvəlki startı isə daha uğurlu olub. Həmin vaxt komanda mövsümün ilk 3 oyununda qələbə qazanmışdı.

“Betis” növbəti turda “Levante” ilə qarşılaşacaq. Sevilya təmsilçisi həmin görüşdə də qalib gələrək uğurlu seriyasını davam etdirə bilər.

Lakin komandanı daha sonra ciddi sınaq gözləyir. “Betis” sentyabrın 6-da Madrid “Real”ı ilə üz-üzə gələcək.







İspaniya L.L.