- İspaniya L.L.
- 03:04 26.08.2026
Qabonlu hücumçu Pyer-Emerik Obameyanq yaşına baxmayaraq, qol vurmaq instinktini qoruduğunu nümayiş etdirməkdə davam edir.
90deqiqe.Az-ın məlumatına görə, 37 yaşlı futbolçu İspaniya çempionatına qayıtdıqdan sonra yeni komandası “Deportivo”nun ilk iki turunda 2 qol vurub.
Obameyanq mövsümün ilk turunda “Elçe” ilə matçda komandasının qolunu vuraraq 1:1 hesablı heç-heçəni təmin edib. Təcrübəli hücumçu ikinci turda isə “Malaga” ilə görüşdə yenidən fərqlənib. Bu qarşılaşma da “Deportivo”nun 1:1 hesablı heç-heçəsi ilə başa çatıb.
Beləliklə, “Deportivo”nun mövsümün ilk iki turunda vurduğu hər iki qolda Obameyanqın imzası olub.
Qeyd edək ki, qabonlu futbolçu daha əvvəl İspaniyada “Barselona”nın formasını geyinib və Kataloniya klubunun heyətində də məhsuldarlığı ilə seçilib.
“Deportivo” növbəti turda “Valensiya”nı qəbul edəcək. Qarşılaşma avqustun 30-da keçiriləcək.