- İspaniya L.L.
- 00:26 27.08.2026
“Real Madrid”in hücumçusu Kilian Mbappe cari mövsümdə ilk qolunu vurub.
90deqiqe.Az-ın məlumatına görə, 27 yaşlı fransalı La Liqanın II turunda “Real Sosyedad”a qarşı keçirilən oyunun 40-cı dəqiqəsində hesabı açıb.
Bu, Mbappenin Joze Mourinyonun rəhbərliyi altında “Real”ın heyətində vurduğu ilk qol olub. Ulduz hücumçunun Madrid klubunun formasında ümumi qol sayı isə 105 matçda 87-yə çatıb.
Qeyd edək ki, Mbappe mövsümün ilk turunda “Espanyol”a qarşı görüşdə rəqib qapısına 10 zərbə endirsə də, fərqlənə bilməmişdi.
“Real Madrid” – “Real Sosyedad” qarşılaşmasında ilk hissənin sonuna yaxın qonaqlar hesabı bərabərləşdirib – 1:1.