- İspaniya L.L.
- 01:06 27.08.2026
Madrid “Real”ının hücumçusu Kilian Mbappe klubun heyətində 100-cü məhsuldar fəaliyyətinə imza atıb.
90deqiqe.Az-ın məlumatına görə, 27 yaşlı futbolçu La Liqanın II turunda “Real Sosyedad”la qarşılaşmada het-trik edib. Fransalı forvard 40-cı dəqiqədə hesabı açıb, 60-cı dəqiqədə komandasının ikinci qolunu vurub, 80-ci dəqiqədə isə het-trikini rəsmiləşdirərək “Real”ın üstünlüyünü 4:1-ə çatdırıb.
Beləliklə, Mbappenin “Real”ın heyətində bütün turnirlərdə vurduğu qolların və etdiyi məhsuldar ötürmələrin ümumi sayı 101-ə yüksəlib. Onun aktivində 89 qol və 12 assist var.
Fransalı hücumçu bu göstəriciyə cəmi 105 matçda çatıb.
Qeyd edək ki, Kilian Mbappe 2024-cü ilin yayında PSJ-dən “Real”a keçib. Onun Madrid klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.