- İspaniya L.L.
- 01:06 27.08.2026
İspaniya La Liqasının 1-ci turundan təxirə salınmış oyunda Madrid “Real”ı doğma meydanda “Real Sosyedad”ı qəbul edib.
90deqiqe.Az-ın məlumatına görə, “Santyaqo Bernabeu” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçda hesabı 40-cı dəqiqədə Kilian Mbappe açıb. “Real Sosyedad” 44-cü dəqiqədə Luka Suçiçin qolu ilə hesabı bərabərləşdirib.
İkinci hissədə “Real” üstünlüyü yenidən ələ alıb. Mbappe 60-cı dəqiqədə dubla imza ataraq komandasını önə keçirib. Viniçius Junior 68-ci dəqiqədə fərqi iki topa çatdırıb.
Mbappe 80-ci dəqiqədə het-trikini rəsmiləşdirərək qarşılaşmada son nöqtəni qoyub – 4:1.
Qeyd edək ki, “Real Sosyedad”ın heyətində çıxış edən Azərbaycan əsilli yarımmüdafiəçi Arsen Zaxaryan bu görüşdə meydana çıxmayıb.
Beləliklə, “Real” mövsümdə ikinci qələbəsini qazanıb. Madrid klubu 2-ci turda “Espanyol”u 2:1 hesabı ilə məğlub edib. “Real Sosyedad” isə həmin turda “Betis”ə 0:1 hesabı ilə uduzub.
Növbəti oyunda “Real” avqustun 30-da doğma meydanda “Malaqa” ilə qarşılaşacaq. “Real Sosyedad” isə bir gün əvvəl – avqustun 29-da “Espanyol”u qəbul edəcək.