- İspaniya L.L.
- 01:21 28.08.2026
İspaniya La Liqasının II turunda “Selta” doğma meydanda “Osasuna”nı qəbul edib.
90deqiqe.Az-ın məlumatına görə, Vitse təmsilçisi azarkeşləri önündə keçirdiyi qarşılaşmadan 1:2 hesablı məğlubiyyətlə ayrılıb.
Matçda hesabı 14-cü dəqiqədə meydan sahibləri açıb. Miqel Romanın ötürməsindən sonra Yaqo Aspas topu rəqib qapısından keçirib.
“Osasuna” ikinci hissədə hesabı bərabərləşdirib. 54-cü dəqiqədə Raul Qarsiyanın ötürməsindən sonra Enrike Barxa dəqiq zərbə ilə fərqlənib.
Qonaqlar 90-cı dəqiqəyə qədər üstünlüyü qoruyub və görüşdən qalib ayrılıb.
Bu nəticədən sonra “Selta” 2 turdan sonra 1 xalla 18-ci pillədə qərarlaşıb. “Osasuna” isə xallarının sayını 4-ə çatdırıb.