28 avqust 2026. Cümə

“Barselona” doğma meydanda “Atletik”ə şans vermədi


“Barselona” doğma meydanda “Atletik”ə şans vermədi

İspaniya La Liqasının 2026/27 mövsümünün təxirə salınmış I turunun oyununda “Barselona” doğma meydanda Bilbao “Atletik”ini qəbul edib.

 90deqiqe.Az-ın məlumatına görə, “Spotify Kamp Nou”da keçirilən qarşılaşma Kataloniya klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşü baş hakim Migel Anxel Ortis Arias idarə edib.

“Barselona” hesabı 37-ci dəqiqədə açıb. Rafinya rəqib qapısına yol taparaq meydan sahiblərini önə keçirib.

Kataloniya təmsilçisi 82-ci dəqiqədə fərqi artırıb. Fermin Lopes komandasının ikinci qolunu vuraraq yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, “Barselona” La Liqanın II turunda “Elçe”ni 5:0 hesabı ilə darmadağın edib. “Atletik” isə həmin turda “Sevilya”ya 1:3 hesabı ilə uduzub.

Bu nəticədən sonra “Barselona” 6 xalla turnir cədvəlinə başçılıq edir. Bilbao təmsilçisi isə xalsız olaraq sonuncu – 20-ci pillədə qərarlaşıb.







İspaniya L.L.

Mbappe yeni mövsümdə ilk qolunu vurdu
  • İspaniya L.L.
  • 00:26 27.08.2026
Mbappe yeni mövsümdə ilk qolunu vurdu