- İspaniya L.L.
- 01:03 29.08.2026
İspaniyalı hücumçu Alvaro Morata “Komо”dan “Leqanes”ə icarə əsasında keçidi ilə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, “The Touchline” nəşri təcrüəbli futbolçunun dediklərini belə çatdırıb.
“Düşünürdüm ki, heç vaxt “Leqanes”də oynamayacağam. Amma bu, gözəl hekayədir. Uşaq vaxtı izlədiyim ilk oyun “Leqanes” – “Atletiko” qarşılaşması olub. Atamla birlikdə matça gəlmişdim və məni futbolçulara top vermək üçün meydana göndərmişdilər”
Qeyd edək ki, İspaniyanın Sequnda təmsilçisi 33 yaşlı futbolçunun transferini bu gün rəsmiləşdiirb. Müqavilədə Moratanın transfer hüquqlarının satın alınması ilə bağlı seçim imkanı da yer alıb.
Morata İspaniyada karyerası ərzində Madridin hər iki nəhəng klubunun – “Atletiko” və “Real”ın formasını geyinib.
“Leqanes” növbəti matçını şənbə günü Sequndanın 2-ci turunda doğma meydanda “Eldense”yə qarşı keçirəcək.