- İspaniya L.L.
- 21:02 29.08.2026
“Real Madrid”in baş məşqçisi Joze Mourinyo yüksək səviyyəli futbolçuların məşqçinin fəaliyyətinə və nəticələrinə təsirindən danışıb.
90deqiqe.Az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis bildirib ki, komandada dünya səviyyəli futbolçuların olması baş məşqçinin işini daha uğurlu göstərir:
“Əgər müstəsna səviyyəli futbolçularınız varsa, onlar məşqçini dahi kimi göstərirlər”.
Qeyd edək ki, Joze Mourinyo bu yay ikinci dəfə “Real Madrid”ə baş məşqçi təyin olunub. Onun klubla müqaviləsi 2029-cu il iyunun 30-dək nəzərdə tutulub.
Mourinyo daha əvvəl 2010-2013-cü illərdə Madrid klubuna rəhbərlik edib. Onun rəhbərliyi altında “Real Madrid” İspaniya çempionu olub, ölkə kubokunu və Superkuboku qazanıb.
La Liqanın ilk iki turundan sonra “Real Madrid” 6 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.