29 avqust 2026. Şənbə

Mourinyodan “Qızıl top”la bağlı sərt açıqlama - “Siyasət də rol oynayır”


Mourinyodan “Qızıl top”la bağlı sərt açıqlama  -  “Siyasət də rol oynayır”

“Real Madrid”in baş məşqçisi Joze Mourinyo “Qızıl top” mükafatı ilə bağlı fikirlərini bölüşüb.

  90deqiqe.Az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis hesab edir ki, “Qızıl top” karyerasını başa vurduqdan sonra uzun müddət xatırlanacaq futbolçulardan birinə verilməlidir:

“Qızıl top” karyeraları başa çatdıqdan sonra əbədi olaraq darıxacağımız futbolçulardan birinə təqdim edilməlidir. Maradona, Kriştiano, Messi, Ronaldo, Zidan”.

Mourinyo mükafatın yalnız Çempionlar Liqasında və ya dünya çempionatında qələbəyə görə verilməsinin düzgün olmadığını bildirib:

““Qızıl top”u yalnız Çempionlar Liqasını və ya dünya çempionatını qazandığı üçün futbolçuya vermək olmaz. Əgər əsas meyar Çempionlar Liqasında qələbədirsə, o zaman mükafatı Luis Enrikeyə verin”.

“Xeyr, mükafatı dünyanın ən yaxşı futbolçusu qazanmalıdır. Bu, mütləq ispaniyalı və ya PSJ-nin futbolçusu olmamalıdır. “Qızıl top” dünyanın üç-dörd ən yaxşı futbolçusundan birinə verilməlidir. Onlar isə hazırda buradadırlar”.

Təcrübəli mütəxəssis mükafatın qalibinin müəyyənləşdirilməsində siyasi amillərin də rol oynadığını vurğulayıb:

““Qızıl top”un sahibinin seçimində siyasət də rol oynayır. Mən isə siyasi məsələlərə qarışmağı sevmirəm”.

Qeyd edək ki, dünyanın ən yaxşı futbolçusuna təqdim olunan nüfuzlu mükafatın qalibi oktyabrın 26-da Londonda keçiriləcək mərasimdə açıqlanacaq.

Əlavə edək ki, ötən il “Qızıl top” mükafatına PSJ-nin futbolçusu Usman Dembele layiq görülüb.







İspaniya L.L.

 “Bu, gözəl hekayədir”
  • İspaniya L.L.
  • 01:03 29.08.2026
“Bu, gözəl hekayədir”
Mbappe yeni mövsümdə ilk qolunu vurdu
  • İspaniya L.L.
  • 00:26 27.08.2026
Mbappe yeni mövsümdə ilk qolunu vurdu