30 avqust 2026. Bazar günü

“Levante” “Betis”i darmadağın etdi


“Levante” “Betis”i darmadağın etdi

İspaniya La Liqasının 2026/2027 mövsümünün III turunda “Levante” doğma meydanda “Betis”i qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, Valensiyadakı “Syudad de Valensiya” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 5:2 hesablı qələbəsi ilə başa çatıb. Matçı baş hakim De Burqos Benqoetxea idarə edib.

“Levante” 24-cü dəqiqədə Adrian de la Fuentenin qolu ilə hesabı açıb. “Betis” 34-cü dəqiqədə Mark Bartranın qolu ilə bərabərliyi təmin edib.

İlk hissənin əlavə vaxtında Enzo Bardeli “Levante”ni yenidən önə keçirib. Lakin cəmi üç dəqiqə sonra Rodriqo Rikelme hesabı 2:2 edib.

İkinci hissədə meydan sahibləri üstünlüyü ələ alıblar. 56-cı dəqiqədə Roher Bruqe “Levante”ni önə keçirib. 70-ci dəqiqədə isə Bruqe ikinci dəfə fərqlənərək dublunu rəsmiləşdirib.

“Levante”nin beşinci qolunu 90+5-ci dəqiqədə Xon Ander Olasagasti vurub.

Beləliklə, “Levante” 5:2 hesablı qələbə qazanaraq aktivinə 3 xal əlavə edib.

Qeyd edək ki, “Levante” üç turdan sonra 4 xalla turnir cədvəlinin 7-ci pilləsindədir. “Betis” isə 6 xalla 5-ci sırada qərarlaşıb.







İspaniya L.L.

 “Bu, gözəl hekayədir”
  • İspaniya L.L.
  • 01:03 29.08.2026
“Bu, gözəl hekayədir”