30 avqust 2026. Bazar günü

“Real Sosyedad” mövsümdə ilk qələbəsini qazandı


“Real Sosyedad” mövsümdə ilk qələbəsini qazandı

İspaniya La Liqasının III turunda “Real Sosyedad” doğma meydanda “Espanyol”u qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, Bask təmsilçisi qarşılaşmada 2:1 hesablı qələbə qazanıb.

“Real Sosyedad” matçın əvvəlində sürətli qolla hesabı açıb. Artıq 4-cü dəqiqədə Mikel Oyarsabalın ötürməsindən sonra Ander Barreneçea fərqlənib.

“Espanyol” ilk hissənin sonlarına yaxın hesabı bərabərləşdirib. Roberto Fernandes fasilə ərəfəsində komandasının ilk qolunu vurub.

Meydan sahibləri 61-ci dəqiqədə yenidən önə keçiblər. Orri Oskarsson “Real Sosyedad”a qələbə qazandıran qola imza atıb.

“Espanyol” qarşılaşmanın sonunadək hesabı bərabərləşdirə bilməyib.

Qeyd edək ki, Rusiya millisinin futbolçusu Arsen Zaxaryan matçın bütün 90 dəqiqəsini ehtiyat oyunçular skamyasında keçirib.

Bu qələbədən sonra “Real Sosyedad” mövsümdə ilk 3 xalını qazanıb. “Espanyol”un isə aktivində 3 xal qalıb.







İspaniya L.L.

 “Bu, gözəl hekayədir”
  • İspaniya L.L.
  • 01:03 29.08.2026
“Bu, gözəl hekayədir”