- İspaniya L.L.
- 11:04 30.08.2026
Madrid “Atletiko”sunun vingeri Aleks Baena komanda yoldaşı Xulian Alvaresin vəziyyəti barədə danışıb.
90deqiqe.Az-ın məlumatına görə, Baenaya “Alvares üçün darıxırsınız?” sualı ünvanlanıb.
“Bunu belə deməzdim. Biz çox yaxşı çıxış etdik. Düşünürəm ki, bu gün hamı özünü yaxşı göstərdi – həm start heyətində meydana çıxanlar, həm də sonradan oyuna daxil olanlar. Amma Xulianın optimal formasına qayıtmasını və bütün bu çətinliklərdən sonra yenidən oynaya bilməsini gözləyirik”, – deyə Baena bildirib.
Qeyd edək ki, argentinalı hücumçu psixoloji problemlər səbəbindən La Liqanın III turunda “Sevilya”ya qarşı keçirilən matçda iştirak etməyib. Alvares son günlər məşqlərdə də iştirak etməyib.
“Matrasçılar” bu qarşılaşmada 3:1 hesablı qələbə qazanıblar. Aleks Baena dubl edib, digər qola isə Ademola Lukman imza atıb.
“Atletiko” Xulian Alvaresin “Barselona”ya keçidinə qarşıdır. London “Arsenal”ının transfer variantı isə argentinalı futbolçunun özünü qane etmir.