30 avqust 2026. Bazar günü

Simeone Xulian Alvaresin vəziyyətindən danışdı


Simeone Xulian Alvaresin vəziyyətindən danışdı

Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone komandanın hücumçusu Xulian Alvaresin vəziyyəti ilə bağlı açıqlama verib.

90deqiqe.Az-ın məlumatına görə, Simeone 26 yaşlı futbolçunun şəxsi çətinliklərlə üzləşdiyini bildirib:

“O, şəxsi çətinliklərlə üzləşib. Amma bir daha deyirəm: idmanla bağlı bütün məsələlərdə ona kömək edəcəyik. O da bizə kömək edəcək, çünki çox yüksək səviyyəli futbolçudur.

Transferlərə gəlincə, hər şey baş verə bilər. Amma bunu Alvareslə bağlı vəziyyətə görə demirəm. Futbolda hər şey mümkündür, lakin konkret olaraq nəyisə nəzərdə tutmuram”, – deyə Simeone bildirib.

Qeyd edək ki, argentinalı forvard psixoloji problemlər səbəbindən La Liqanın III turunda “Sevilya”ya qarşı keçirilən və “Atletiko”nun 3:1 hesablı qələbəsi ilə başa çatan matçın iştirak ərizəsinə daxil edilməyib.

Alvaresin “Barselona”ya keçmək istədiyi, lakin Madrid klubunun futbolçunu birbaşa rəqibinə satmaqdan imtina etdiyi bildirilir.

 “Atletiko” Xulian Alvaresi 150 milyon avro qarşılığında “Arsenal”a satmağa hazırdır. Lakin argentinalı futbolçunun İngiltərəyə qayıtmaq istəmədiyi bildirilir.







İspaniya L.L.

 “Bu, gözəl hekayədir”
  • İspaniya L.L.
  • 01:03 29.08.2026
“Bu, gözəl hekayədir”