31 avqust 2026. Bazar ertəsi

“Real Madrid” “Malaqa”nı darmadağın etdi


“Real Madrid” “Malaqa”nı darmadağın etdi

İspaniya La Liqasının III turunda “Real Madrid” doğma meydanda “Malaqa” ilə qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə,“San­ti­aqo Bernabeu” stadionunda keçirilən görüşdə meydan sahibləri rəqibini böyük hesabla məğlub ediblər – 4:0.

Matçın baş hakimi Xuan Martines Munuera olub.

“Real Madrid” hesabı 19-cu dəqiqədə açıb. Yarımmüdafiəçi Cud Bellinqem komandasını önə keçirib.

Görüşün 26-cı dəqiqəsində “Malaqa”nın qapıçısı Alfonso Errero topu öz qapısından keçirərək avtoqola imza atıb.

Cəmi dörd dəqiqə sonra, 30-cu dəqiqədə Kil­i­an Mbappe fərqlənərək Madrid klubunun üstünlüyünü üç topa çatdırıb.

Oyunda son nöqtəni isə Arda Güler qoyub. Türkiyəli yarımmüdafiəçi 90+1-ci dəqiqədə matçın yekun hesabını müəyyənləşdirib – 4:0.

Bu qələbədən sonra “Real Madrid” üç turdan 9 xal toplayaraq La Liqanın turnir cədvəlinə başçılıq edir. “Malaqa” isə 1 xalla 19-cu pillədə qərarlaşıb.

La Liqanın növbəti turunda “Real Madrid” sentyabrın 4-də “Betis”lə, “Malaqa” isə sentyabrın 6-da “Levante” ilə qarşılaşacaq.







İspaniya L.L.

 “Onun vaxtı hələ gələcək”
  • İspaniya L.L.
  • 00:20 31.08.2026
“Onun vaxtı hələ gələcək”