- İspaniya L.L.
- 01:27 31.08.2026
“Real Madrid”in baş məşqçisi Joze Mourinyo komandanın yeni transferi Yan Diomande haqqında danışıb.
90deqiqe.Az-ın məlumatına görə, Mourinyo gənc futbolçunun potensialını yüksək qiymətləndirib və ondan dərhal böyük nəticələr gözləməyin düzgün olmadığını bildirib.
“Diomande çox çalışır, təvazökardır, öyrənmək istəyir, həm mənə, həm də komanda yoldaşlarına qulaq asır. Onun vaxtı hələ gələcək. Siz daim onun transfer qiymətindən danışırsınız. Nə qədər idi – 100, yoxsa 120 milyon? Dəqiq xatırlamıram.
O, çox istedadlıdır, amma hələ çox gənc və təcrübəsizdir. O, gəlib dərhal bütün liqanı alt-üst edəcək futbolçu deyil. Sakit olun, hadisələri sürətləndirməyə ehtiyac yoxdur”, – deyə Mourinyonun sözlərini “Madrid Zone” yayıb.
Qeyd edək ki, Madrid klubu 19 yaşlı vingeri Almaniyanın “Leypsiq” komandasından 125 milyon avro qarşılığında transfer edib. Fil Dişi Sahilindən olan futbolçu La Liqanın III turunda “Malaqa”ya qarşı keçirilən və “Real Madrid”in 4:0 hesablı qələbəsi ilə başa çatan matçda meydana sonradan daxil olub. Diomande 65-ci dəqiqədə oyuna qoşulub.
portuqaliyalı mütəxəssis bundan əvvəlki iki oyunda da Diomandeni matçların sonlarına yaxın meydana buraxıb.