31 avqust 2026. Bazar ertəsi

“Barselona” yeni transferini hələ də qeydiyyatdan keçirə bilməyib


“Barselona” yeni transferini hələ də qeydiyyatdan keçirə bilməyib

“Barselona” bu həftə Dominik Livakoviçin transferini rəsmən açıqlayıb. Lakin Kataloniya klubu 31 yaşlı qapıçını hələ də La Liqa üçün qeydiyyatdan keçirə bilməyib.

 90deqiqe.Az-ın məlumatına görə, bu barədə “Marca” məlumat yayıb.

Bildirilir ki, “Barselona”nın idman rəhbərliyi əvvəlcə qapıçı mövqeyini gücləndirməyi planlaşdırmayıb. Klubun idman direktoru Deku xorvatiyalını əvvəlcədən transfer etməyi və onu 2027/28 mövsümündən etibarən Voyçex Şçesninin əvəzləyicisi kimi komandaya qoşmağı düşünürmüş. Polşalı qapıçının Kataloniya klubu ilə müqaviləsi həmin mövsümün sonunda başa çatacaq.

Lakin daha sonra “Barselona”da Livakoviçin artıq cari mövsümdə komandaya kömək edə biləcəyinə qərar verilib.

Transferin rəsmən elan olunmasına baxmayaraq, kataloniyalılar maliyyə feyr-pleyi qaydaları ilə bağlı məhdudiyyətlər səbəbindən xorvatiyalı qapıçını heyətə daxil edə bilmirlər.

Klub Livakoviçi qeydiyyatdan keçirmək üçün son ana qədər gözləmək və maaş limitində lazımi yer açmaq niyyətindədir.

Əgər “Barselona” qapıçını qeydiyyatdan keçirə bilməsə, Livakoviçin icarəyə göndərilməsi planlaşdırılır. Bundan sonra xorvatiyalı qapıçı 2027/28 mövsümünün əvvəlində Kataloniya klubuna qoşulacaq.







İspaniya L.L.

 “Onun vaxtı hələ gələcək”
  • İspaniya L.L.
  • 00:20 31.08.2026
“Onun vaxtı hələ gələcək”