- İspaniya L.L.
- 01:31 31.08.2026
İspaniya La Liqasının III turunda “Selta” doğma meydanda “Atletik”i qəbul edib.
90deqiqe.Az-ın məlumatına görə, Bilbao təmsilçisi Viqodan üç xalla ayrılıb.Bask klubu La Liqada ardıcıl iki məğlubiyyət almışdı. Bu səbəbdən “Atletik” nəhayət azarkeşlərini sevindirmək və turnirdə ilk qələbəsini qazanmaq niyyətində idi.
Qarşılaşmada hesab 20-ci dəqiqədə açılıb. İnyaki Uilyamsın məhsuldar ötürməsindən sonra Aleks Berenger topu rəqib qapısından keçirərək “Atletik”i önə keçirib.
“Selta” mərkəzdən topu oyuna daxil etməyə macal tapmamış ikinci qolu buraxıb. Bu dəfə Robert Navarro fərqlənərək Bilbao klubunun üstünlüyünü iki topa çatdırıb.
Meydan sahibləri ikinci hissədə ən azı bir qol vurmaq üçün cəhd göstəriblər. Lakin “Atletik” rəqibin hücumlarının öhdəsindən gəlib və qapısının toxunulmazlığını qoruyub.
Beləliklə, “Atletik” bu matçdan sonra aktivinə ilk 3 xalını yazdırıb. “Selta” isə üç turdan sonra cəmi 1 xala malikdir.