31 avqust 2026. Bazar ertəsi

“İkinci hissədə əvvəlki kimi yaxşı oynamadıq”


“İkinci hissədə əvvəlki kimi yaxşı oynamadıq”

Madrid “Real”ının qapıçısı Tibo Kurtua La Liqanın III turunda “Malaqa” üzərində 4:0 hesablı qələbədən sonra komandasının çatışmazlığı barədə danışıb.

 90deqiqe.Az-ın məlumatına görə, belçikalı qolkiper ikinci hissədə komandanın əvvəlki tempini qoruyub saxlaya bilmədiyini bildirib:

“Düşünürəm ki, ikinci hissədə artıq o qədər də yaxşı oynamadıq. Tempimizi aşağı saldıq və rəqibə topa sahib olmaq imkanı verdik. Bunun üzərində işləməliyik.

4:0 hesabı əla nəticədir. Lakin tempimizi aşağı salmasaydıq və ikinci hissədə də azarkeşləri oyunumuzla sevindirə bilsəydik, daha yaxşı olardı”, – deyə Kurtuanın sözlərini “Madrid Xtra” yayıb.

Qeyd edək ki, “Real Madrid”in qələbəsində Cud Bellinqem, Kilian Mbappe və Arda Gülər fərqləniblər. Daha bir qol isə “Malaqa”nın futbolçusunun öz qapısına göndərdiyi top nəticəsində qeydə alınıb. Qarşılaşmanın ilk hissəsi meydan sahiblərinin 3:0 hesablı üstünlüyü ilə başa çatıb.

“Real Madrid” üç turdan sonra 9 xal toplayaraq La Liqanın turnir cədvəlinə başçılıq edir.







İspaniya L.L.

 “Onun vaxtı hələ gələcək”
  • İspaniya L.L.
  • 00:20 31.08.2026
“Onun vaxtı hələ gələcək”