- İspaniya L.L.
- 01:34 01.09.2026
“Barselona”nın vingeri Lamin Yamal yeni mövsümdə ilk qolunu vurub.
90deqiqe.Az-ın məlumatına görə,19 yaşlı futbolçu La Liqanın bu gün keçirilən “Rayo Valyekano” ilə qarşılaşmasının 21-ci dəqiqəsində fərqlənərək hesabı “Barselona”nın xeyrinə 2:1 edib.
Bu, ispaniyalı futbolçunun klub səviyyəsində aprelin 22-dən sonra vurduğu ilk qol olub. Yamal həmin tarixdə “Selta” ilə oyunda penaltidən fərqlənsə də, az sonra zədələnərək əvəzlənib.
Qeyd edək ki, İspaniyanın çempionluğu ilə başa çatan son dünya çempionatında Yamal 1 qola imza atıb. O, La Liqanın cari mövsümündə ilk iki turda isə fərqlənə bilməmişdi.