16 oktyabr 2026. Cümə

Lamin Yamal “Barselona”da 50-ci qolunu vurdu


Lamin Yamal “Barselona”da 50-ci qolunu vurdu

“Barselona”nın vingeri Lamin Yamal klub karyerasında bütün turnirlər üzrə 50 qol həddinə çatıb.

90deqiqe.Az-ın məlumatına görə, 19 yaşlı futbolçunun yubiley qolu La Liqanın III turunda “Rayo Valyekano” ilə keçirilən matçın 21-ci dəqiqəsində vurduğu qol olub.

Yamal 50-ci qolunu 19 yaş 49 günlük yaşında, keçirdiyi 154-cü oyunda vurub. İspaniyalı futbolçunun aktivində 52 məhsuldar ötürmə də var.

Qeyd edək ki, bu, Yamalın cari mövsümdə ilk qoludur. O, ötən mövsüm “Barselona”nın heyətində 45 matçda 24 dəfə fərqlənib.

19 yaşlı vinger qısa müddətdə klub tarixində ən məhsuldar gənc futbolçulardan birinə çevrilib.







İspaniya L.L.

Vinisius Junior dörd oyunluq cəza aldı
  • İspaniya L.L.
  • 23:25 14.10.2026
Vinisius Junior dörd oyunluq cəza aldı
Vinisius “El-Klasiko”nu buraxa bilər
  • İspaniya L.L.
  • 18:35 11.10.2026
Vinisius “El-Klasiko”nu buraxa bilər