16 oktyabr 2026. Cümə

Qabriel Xesus “Kamp Nou”da görüntüləndi - FOTO


Qabriel Xesus “Kamp Nou”da görüntüləndi  - FOTO

“Arsenal”ın hücumçusu Qabriel Xesus “Barselona”ya keçidə hazırlaşır.

90deqiqe.Az-ın məlumatına görə, 29 yaşlı futbolçu La Liqanın “Barselona” – “Rayo Valyekano” matçı zamanı “Kamp Nou” stadionunun tribunalarında görüntülənib. Kataloniya klubunun yaxın vaxtlarda braziliyalı hücumçunun transferini rəsmən açıqlayacağı gözlənilir.

Məlumata görə, Xesusun transferi “Barselona”ya 10 milyon avroya başa gələcək. Razılaşmada daha 4 milyon avro bonusların nəzərdə tutulduğu bildirilir.

Bundan əlavə, “Arsenal” braziliyalı futbolçunun gələcək satışından əldə olunacaq məbləğin 20 faizini alacaq.

Qeyd edək ki, Xesus 2022-ci ilin yayından “Arsenal”ın formasını geyinir. O, daha əvvəl “Mançester Siti”də çıxış edib.







İspaniya L.L.

Vinisius Junior dörd oyunluq cəza aldı
  • İspaniya L.L.
  • 23:25 14.10.2026
Vinisius Junior dörd oyunluq cəza aldı
Vinisius “El-Klasiko”nu buraxa bilər
  • İspaniya L.L.
  • 18:35 11.10.2026
Vinisius “El-Klasiko”nu buraxa bilər