3 sentyabr 2026. Cümə axşamı

Dani Olmo Xulian Alvaresin “Barselona”ya keçməməsindən danışdı


Dani Olmo Xulian Alvaresin “Barselona”ya keçməməsindən danışdı

“Barselona”nın yarımmüdafiəçisi Dani Olmo “Atletiko Madrid”in hücumçusu Xulian Alvaresin Kataloniya klubuna baş tutmayan transferi barədə fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, ispaniyalı futbolçu argentinalının öz arzusunun gerçəkləşməsi üçün mübarizə apardığını, lakin bəzi xarici amillərin buna mane olduğunu bildirib.

“Hər kəsin öz arzuları var. Düşünürəm ki, Xulian da nə istədiyini çox yaxşı bilirdi. O, arzusu uğrunda mübarizə apardı. Lakin elə xarici amillər mövcuddur ki, onları sadəcə nəzarətdə saxlaya bilmirsən”, – deyə Olmo “Mundo Deportivo”ya açıqlamasında bildirib.

Qeyd edək ki, “Barselona” Alvaresə ciddi maraq göstərib və futbolçu ilə 5 illik müqavilənin şərtlərini razılaşdırıb. Lakin transferin qarşısını “Atletiko Madrid”in mövqeyi alıb. Madrid klubu argentinalı hücumçunu “Barselona”ya satmaqdan imtina edib.

Bununla belə, “Atletiko” Alvaresi “Arsenal”a göndərməyə hazır olub. Lakin futbolçunun özü bu variantdan imtina edib.







İspaniya L.L.

Yamal yeni mövsümdə ilk qolunu vurdu
  • İspaniya L.L.
  • 00:47 01.09.2026
Yamal yeni mövsümdə ilk qolunu vurdu
“Osasuna” “Xetafe”ni məğlub etdi
  • İspaniya L.L.
  • 00:30 01.09.2026
“Osasuna” “Xetafe”ni məğlub etdi