- İspaniya L.L.
- 00:08 03.09.2026
“Barselona”nın yarımmüdafiəçisi Mark Kasado “Deportivo”ya icarəyə keçidi barədə fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, Kasado “Barselona”dan ayrılmağın onun üçün asan olmadığını etiraf edib. Bununla belə, 21 yaşlı futbolçu karyerasında yeni mərhələyə nikbin yanaşdığını bildirib.
“Mən istək və həvəslə ayrılıram, üzülmək fikrində deyiləm. Hamımız bəzi işləri yaxşı gördük, bəzilərində isə inkişaf etməli idik. Evdən ayrılmaq hər kəs üçün çətindir. Lakin “Deportivo”nun layihəsinə böyük həvəslə yanaşıram”, – deyə futbolçu bildirib.
Qeyd edək ki, transfer pəncərəsinin son günündə kataloniyalıların futbolçunu satmaq niyyətində olduğu bildirilsə də, yekunda tərəflər Kasadonun satınalma şərti ilə icarəyə verilməsi barədə razılığa gəliblər.
Əlavə edək ki, “Deportivo” gələn yay Mark Kasadonun transfer hüquqlarını 30 milyon avroya almaq imkanına sahib olacaq. Yarımmüdafiəçinin “Barselona” ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.