- İspaniya L.L.
- 00:08 03.09.2026
“Real Madrid”in baş məşqçisi Joze Mourinyo klubun transfer siyasətində son illərdə heç bir çalışdırıcıya verilməyən geniş səlahiyyətlərə sahib olub.
90deqiqe.Az-ın “The Athletic”ə istinadən məlumatına görə, Madrid klubunun rəhbərliyi əvvəllər heyətin formalaşdırılması prosesinə baş məşqçiləri nadir hallarda cəlb edib. Lakin portuqaliyalı mütəxəssisin gəlişi ilə vəziyyət dəyişib.
Məlumata əsasən, nə Karlo Ançelotti, nə Xabi Alonso, nə də Alvaro Arbeloa transfer qərarlarında Mourinyo qədər böyük təsir imkanına malik olub.
“Real Madrid” rəhbərliyi yay transfer kampaniyasını uğurlu hesab edir. Klub rəhbərliyi ilə məşqçilər korpusu komandanın bütün titullar uğrunda mübarizə aparmağa hazır olduğu qənaətindədir.
Bununla belə, Madrid təmsilçisində komandaya hələ də oyunun tempinə nəzarət edə biləcək səviyyəli yarımmüdafiəçinin çatışmadığı düşünülür.
Qeyd edək ki, “Real Madrid” yay transfer dönəmində Yan Diomande, Mark Kukurelya, Bernardo Silva, Denzel Dumfris və digər futbolçuları heyətinə qatıb.