- İspaniya L.L.
- 00:57 03.09.2026
“Real Madrid”in müdafiəçisi Raul Asensionun yol verdiyi qayda pozuntusu ilə bağlı klubdaxili intizam araşdırmasına başlanılıb.
90deqiqe.Az-ın “COPE”yə istinadən məlumatına görə, futbolçu avqustun 16-da Kanar adalarında polis tərəfindən saxlanılaraq yoxlanılıb. Aparılan alkoqol testində icazə verilən həddin aşılması müəyyən edilib.
Məhkəmə Asensionu 14 400 avro məbləğində cərimələyib və onun sürücülük hüququnu 8 ay müddətinə məhdudlaşdırıb.
“Real Madrid” hadisənin bütün hallarını araşdıracaq və klubun daxili intizam qaydalarına uyğun olaraq futbolçuya veriləcək cəzanı müəyyənləşdirəcək. Mümkün cərimənin məbləği hələ açıqlanmayıb.
Qeyd edək ki, ötən mövsüm “Real Madrid”in futbolçuları Orelyen Tçuameni və Federiko Valverde də dava-dalaşda iştirak etdikləri üçün hərəyə 500 min avro məbləğində cərimələnmişdilər.