- İspaniya L.L.
- 23:17 03.09.2026
“Real Madrid”in baş məşqçisi Joze Mourinyo “Betis”lə oyunöncəsi mətbuat konfransında İspaniya La Liqasının hazırkı səviyyəsi barədə fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis Madrid “Atletiko”sunu çempionluğun əsas namizədlərindən biri hesab etdiyini bildirib.
““Atletiko Madrid” çempionluq uğrunda mübarizə aparacaq. Əminəm ki, onlar da buna qadir olduqlarını düşünür və hiss edirlər. Komandanın eyni baş məşqçi ilə çalışması, eyni fəlsəfənin qorunub saxlanılması futbolda mühüm üstünlükdür”, – deyə Mourinyo bildirib.
“Real Madrid”in çalışdırıcısı La Liqada bir sıra digər güclü komandaların da olduğunu vurğulayıb.
“Çempionlar Liqasında çıxış edən digər güclü komandalar da var. Məsələn, “Betis” və “Vilyarreal”. Sabah “Betis”i öz gözlərimizlə görəcəyik. Bask klubları da güclüdür və bütün rəqiblərlə oynamaq çətin olacaq.
Mənim üçün La Liqa asan çempionat deyil. Burada digər liqalarda olmayan bir təzyiq var: sən həmişə qalib gəlməlisən. Almaniyada və ya Fransada çempion olacağına dair müəyyən inam var. Burada isə qələbədən başqa istənilən nəticə yaxşı hesab olunmur”, – deyə mütəxəssis qeyd edib.
Qeyd edək ki, La Liqanın 4-cü turunda “Betis” və “Real Madrid” arasında qarşılaşma sentyabrın 4-də keçiriləcək.