3 sentyabr 2026. Cümə axşamı

“Barselona” 19 yaşlı hücumçusu ilə yeni müqavilə üçün danışıqlara başladı


“Barselona” 19 yaşlı hücumçusu ilə yeni müqavilə üçün danışıqlara başladı

“Barselona” mövsümün əvvəlində diqqət çəkən futbolçulardan birinə çevrilən 19 yaşlı hücumçu Hamza Abdelkarimlə müqavilənin uzadılması üçün danışıqlara başlayıb.

90deqiqe.Az-ın “SPORT”a istinadən məlumatına görə, iki gün əvvəl klub rəhbərliyi futbolçunun agenti Kristian Emillə klubun bazasında görüşüb. Tərəflər yeni müqavilənin şərtlərini müzakirə etməyə başlayıblar və danışıqların uğurla irəlilədiyi bildirilir.

Kataloniya klubunun əsas məqsədi misirli futbolçunun müqaviləsindəki sərbəstqalma məbləğini 15 milyon avrodan 150 milyon avroya qədər artırmaqdır. “Barselona” futbolçunu klubun skautinq fəaliyyətinin əsas uğurlarından biri hesab edir və onun mümkün transferinin qarşısını almaq istəyir.

Abdelkarim Misirin “Əl-Əhli” klubundan 1,5 milyon avro qarşılığında transfer olunub. Mövsümöncəsi hazırlıq mərhələsinin yekunlarına əsasən, o, 4 qolla “Barselona”nın ən məhsuldar futbolçusu olub.

Klubda gənc hücumçunun məşqlərə münasibəti və komandaya uyğunlaşması da yüksək qiymətləndirilir.

“Barselona” yeni müqavilə ilə bağlı razılaşmanı mümkün qədər tez əldə etmək niyyətindədir. Kataloniya təmsilçisi Pedro Fernandesin komandadan 6 milyon avroluq sərbəstqalma maddəsi ilə ayrılması kimi vəziyyətin təkrarlanmasını istəmir.







İspaniya L.L.

“Burada həmişə qalib gəlməlisən”
  • İspaniya L.L.
  • 22:51 03.09.2026
“Burada həmişə qalib gəlməlisən”