4 sentyabr 2026. Cümə

Karlo Ançelotti “Real Madrid”in düşərgəsinə gəldi


Karlo Ançelotti “Real Madrid”in düşərgəsinə gəldi

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti “Real Madrid”in düşərgəsinə baş çəkib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə insayder Fabrizio Romano sosial şəbəkə hesabında məlumat yayıb.

67 yaşlı italiyalı mütəxəssis hazırda Madrid klubunun Valdebebas bazasındadır. Ançelotti “Real Madrid”in məşqini izləyəcək. O, komandanın baş məşqçisi Joze Mourinyo ilə birlikdə görüntülənib.

Qeyd edək ki, Ançelotti 2025-ci ildə “Real Madrid”in baş məşqçisi postunu tərk edib. Bundan sonra o, Braziliya millisinin sükanı arxasına keçib.

“Real Madrid” növbəti oyununu sentyabrın 4-də səfərdə “Betis”ə qarşı keçirəcək.







İspaniya L.L.

“Burada həmişə qalib gəlməlisən”
  • İspaniya L.L.
  • 22:51 03.09.2026
“Burada həmişə qalib gəlməlisən”