- İspaniya L.L.
- 00:23 04.09.2026
“Real Madrid”in müdafiəçisi Raul Asensio azyaşlı şəxsin iştirakı ilə çəkilmiş intim videonun yayılmasında ittiham olunması ilə bağlı iş üzrə tam bəraət alıb.
90deqiqe.Az-ın “The Athletic”ə istinadən məlumatına görə, İspaniya prokurorluğu 23 yaşlı futbolçuya qarşı bütün ittihamları geri götürüb.
Asensio razılıq olmadan çəkilmiş videonu üçüncü şəxsə ötürməkdə ittiham olunurdu. Bununla belə, futbolçunun videonun çəkilişində birbaşa iştirak etdiyi barədə heç vaxt ittiham irəli sürülməyib. İstintaqın versiyasına əsasən, Asensio videonu istəyib və daha sonra onu başqa tanışına göstərib.
Asensio ilə yanaşı, “Real Madrid”in gənclər komandasında onun sabiq komanda yoldaşları Ferran Ruiz, Xuan Rodriges və Andres Qarsiya da məhkəmə qarşısına çıxarılıb. Onların hər biri 1 il müddətinə şərti azadlıqdan məhrum edilib. Həmçinin zərərçəkənlərə yaxınlaşmaları 2 il, azyaşlılarla işləmələri isə 3 il müddətinə qadağan olunub.
Qeyd edək ki, Raul Asensio daha əvvəl sərxoş vəziyyətdə avtomobil idarə etməkdə təqsirli bilinib. Futbolçu 14 400 avro cərimələnib və sürücülük hüququndan məhrum edilib.