- İspaniya L.L.
- 00:23 04.09.2026
“Barselona” klubu tarixində ilk dəfə illik gəlirlərinin 1 milyard avronu keçdiyini açıqlayıb.
90deqiqe.Az-ın “Yahoo Sports”a istinadən məlumatına görə, Kataloniya təmsilçisinin 2025/26 mövsümü üzrə rekord maliyyə göstəricisi klub tərəfindən dərc olunan hesabatda əksini tapıb.
Gəlirlərin artımında əsas amil komandanın 2025-ci ilin noyabrında “Kamp Nou” stadionuna qayıtması olub. Bununla belə, arenada yenidənqurma işləri tam başa çatmadığından stadionun tutumu 42 min tamaşaçı ilə məhdudlaşdırılıb.
“Barselona” həmçinin sponsorluq gəlirlərinin artdığını və klubun atributlarının BLM vasitəsilə satışında rekord göstəriciyə nail olunduğunu bildirib.
Qeyd edək ki, klubun 2025/26 mövsümünün maliyyə nəticələri sentyabrın 19-da keçiriləcək ümumi üzvlər yığıncağında təqdim olunacaq.