5 dekabr 2025. Cümə

Barselona futbolçusunu itirdi


Barselona futbolçusunu itirdi
“Barselona” klubu ciddi itki ilə üzləşib.

Corner.az xəbər verir ki, Kataloniya təmsilçisinin futbolçusu Serxio Roberto zədələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
İspaniya La Liqasının 9-cu turunun “Eybar”la oyununda sıradan çıxan ispaniyalı yarımmüdafiəçi sol dizindən zədələnib. 27 yaşlı futbolçu “Eybar”la oyunun fasiləsində Nelson Semedo ilə əvəzlənib.
 
Robertonun sağalma müddəti açıqlanmayıb
 
Qeyd edək ki, “Barselona” səfərdə “Eybar”ı 3:0 hesabıyla qalib gəlib.






İspaniya L.L.