4 sentyabr 2026. Cümə

“Real Madrid”də avqust ayının ən yaxşı futbolçusu seçildi


“Real Madrid”də avqust ayının ən yaxşı futbolçusu seçildi

“Real Madrid”də avqust ayının ən yaxşı futbolçusu müəyyənləşib.

90deqiqe.Az-ın məlumatına görə, bu mükafata Kilian Mbappe layiq görülüb.

27 yaşlı fransalı hücumçu avqust ayında La Liqada 3 oyuna çıxıb və 4 qol vurub.

“Real Madrid” çempionata üç qələbə ilə başlayıb. Madrid təmsilçisi ilk turda “Espanyol”u 2:1, “Real Sosyedad”ı 4:1, “Malaqa”nı isə 4:0 hesabı ilə məğlub edib.

Bu nəticələrdən sonra Joze Mourinyonun komandası turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, “Real Madrid” növbəti oyununu bu gün – sentyabrın 4-də keçirəcək. Madrid klubu səfərdə “Betis”lə qarşılaşacaq.







İspaniya L.L.

“Burada həmişə qalib gəlməlisən”
  • İspaniya L.L.
  • 22:51 03.09.2026
“Burada həmişə qalib gəlməlisən”