5 sentyabr 2026. Şənbə

Luiş Fiqu transfer bazarındakı rekord məbləğlərdən danışdı


Luiş Fiqu transfer bazarındakı rekord məbləğlərdən danışdı

“Real Madrid” və Portuqaliya millisinin sabiq futbolçusu Luiş Fiqu yay transfer pəncərəsində klubların oyunçulara xərclədiyi böyük məbləğlər barədə fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, portuqaliyalı əfsanə transfer bazarındakı astronomik rəqəmlərin bir gün sona çatacağına ümid etdiyini bildirib.

“Bəzi məqamda bunun dayanması lazımdır. Hər şey klubların büdcəsindən və maliyyə feyr-pley qaydalarından asılıdır. Lakin rəqəmlər artıq çox yüksəkdir. Düşünmürəm ki, məsələn, 150 milyon avroluq transferi tez-tez deyildiyi kimi, forma satışları hesabına geri qaytarmaq mümkün olsun. İdman baxımından belə transferlər özünü doğrulda bilər, amma maliyyə baxımından vəziyyət daha mürəkkəbdir”

Sabiq futbolçu özünün oynadığı dövrlə indiki transfer bazarını da müqayisə edib:

“Mənim oynadığım vaxtdan təxminən 30 il ötüb. Həmin vaxt da futbolçulara xərclənən məbləğlər mənə dəli görünürdü. Lakin bazarın inkişafı nəticəsində indi bəzi transferlərdə daha da inanılmaz rəqəmlər ortaya çıxır”.

Qeyd edək ki, son aylarda həyata keçirilən ən bahalı transferlər arasında Enzo Fernandesin “Çelsi”dən “Mançester Siti”yə 145 milyon avroya, Morqan Rocersin “Aston Villa”dan “Çelsi”yə 138 milyon avroya, Elliot Andersonun isə “Nottingem”dən “Mançester Siti”yə 135 milyon avroya keçidi yer alıb.







İspaniya L.L.

“Burada həmişə qalib gəlməlisən”
  • İspaniya L.L.
  • 22:51 03.09.2026
“Burada həmişə qalib gəlməlisən”