- İspaniya L.L.
- 00:45 05.09.2026
“Real Madrid”in əfsanəvi futbolçusu Luiş Fiqu Madrid klubunun yay transfer kampaniyasını yüksək qiymətləndirib.
90deqiqe.Az-ın məlumatına görə, portuqaliyalı sabiq futbolçu “Real Madrid”in transfer bazarında komandanın ehtiyaclarına uyğun addımlar atdığını bildirib.
“Düşünürəm ki, “Real Madrid” transfer bazarında çox yaxşı iş gördü. Klub həqiqətən gücləndirilməsinə ehtiyac olan mövqelərə futbolçular transfer etdi: bir mərkəz müdafiəçisi, iki cinah müdafiəçisi və vinger - Diomande. Ümumilikdə transferlər uğurlu alındı. Klub əsas diqqəti futbolçuların adlarının böyüklüyünə deyil, komandanın ehtiyaclarına yönəltdi”, - deyə Fiqunun sözlərini “Goal.com” sitat gətirib.
Fiqunun sözlərinə görə, bu addım komandanın özünəinamını bərpa etməsi və azarkeşlərin yeni mövsümə nikbin başlaması baxımından vacib idi:
“Komandanın yenidən özünəinam hiss etməsi və azarkeşlərin yeni mövsümə uğur ümidi ilə başlaması üçün bu addım vacib idi”.
Qeyd edək ki, Fiqu bundan əvvəl transfer xəbərlərində hallanan yüksək məbləğlər barədə də fikirlərini bölüşüb.