- İspaniya L.L.
- 01:14 05.09.2026
“Barselona”nın yeni transferi Rodri Ernandes qarşıdakı oyunda Kataloniya klubunun start heyətində debüt edə bilər.
90deqiqe.Az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi optimal fiziki formaya düşüb və La Liqanın növbəti turunda “Valensiya” ilə səfər matçında ilk “11-lik”də yer almağa hazırdır.
Bu barədə “Sport” nəşri məlumat yayıb. Bildirilir ki, baş məşqçi Hans-Diter Flik ispaniyalı futbolçu ilə bağlı hələ yekun qərarını verməyib.
Qeyd edək ki, Rodri avqustun 18-də İngiltərənin “Mançester Siti” klubundan “Barselona”ya keçib. 30 yaşlı futbolçu Kataloniya təmsilçisinin əvvəlki iki qarşılaşmasında meydana sonradan daxil olub.
“Valensiya” – “Barselona” matçı sentyabrın 6-da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 18:15-də başlayacaq.