- İspaniya L.L.
- 01:14 05.09.2026
İspaniya La Liqasında 2026/27 mövsümünün IV turuna yekun vurulub.
90deqiqe.Az xəbər verir ki, turun qarşılaşmasında “Betis” doğma meydanda “Real Madrid”i qəbul edib. Sevilyadakı “Olimpiko de Sevilya – La Kartuxa” stadionunda keçirilən görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçı baş hakim Alexandro Ernandes idarə edib.
Qarşılaşmanın yeganə qolu 81-ci dəqiqədə vurulub. “Betis”in hücumçusu Troy Perrott fərqlənərək komandasına qələbə qazandırıb.
“Real Madrid” 87-ci dəqiqədə hesabı bərabərləşdirsə də, Karlos Espinin vurduğu qol ofsayd səbəbindən qeydə alınmayıb.
Madrid təmsilçisi üçün matçın sonlarında daha bir əlverişli imkan yaranıb. 90+4-cü dəqiqədə “Real Madrid”in hücumçusu Kilian Mbappe penaltidən yararlana bilməyib.
Bu nəticədən sonra “Betis” 4 turda 9 xal toplayaraq turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. Joze Mourinyonun rəhbərlik etdiyi “Real Madrid” də 9 xala malikdir, lakin əlavə göstəricilərə görə ikinci sıradadır.
“Betis” – “Real Madrid” 1:0
Qol: Troy Perrott, 81.