- İspaniya L.L.
- 03:48 06.09.2026
İspaniya La Liqasında IV turun növbəti oyunu keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, Bilbaonun “Atletik” klubu doğma meydanda Madrid “Atletiko”sunu qəbul edib. “San-Mames Barria” stadionunda keçirilən qarşılaşmanın baş hakimi Xose Munuera Monterо olub.
Meydan sahibləri rəqib üzərində böyük hesablı qələbə qazanıblar - 3:0.
İlk qol 46-cı dəqiqədə vurulub. “Atletik”in hücumçusu Niko Uilyams komandasını hesabda önə keçirib. Cəmi iki dəqiqə sonra Robert Navarro fərqi iki topa çatdırıb.
Oyunun 90-cı dəqiqəsində Oyan Sanset yekun hesabı müəyyənləşdirib - 3:0.
Madrid “Atletiko”sunun hücumçusu Xulian Alvares qarşılaşmaya 59-cu dəqiqədə əvəzedici kimi daxil olub.
Beləliklə, “Atletiko Madrid” La Liqada keçirdiyi dörd oyundan sonra 7 xal toplayaraq turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. “Atletik” isə 6 xalla 8-ci sıradadır.
Növbəti turda “Atletiko” sentyabrın 13-də səfərdə “Real Sosyedad”la qarşılaşacaq. “Atletik” isə bir gün əvvəl doğma meydanda “Elçe”ni qəbul edəcək.