6 sentyabr 2026. Bazar günü

Flik “Real”ın məğlubiyyətinə münasibət bildirib


Flik “Real”ın məğlubiyyətinə münasibət bildirib

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik La Liqanın IV turunda Madrid “Real”ının “Betis”ə 0:1 hesabı ilə uduzmasına münasibət bildirib.

90deqiqe.Az-ın məlumatına görə, almaniyalı mütəxəssis rəqibin yaxşı oyun nümayiş etdirdiyini, lakin “Barselona”nın diqqətini öz çıxışına yönəltməli olduğunu deyib.

“Real” yaxşı oynadı və matçda qalib gəlmək üçün çoxlu imkanlar yaratdı. Lakin bizim üçün əsas məsələ özümüzə fokuslanmaqdır. (“Valensiya” ilə) oyun isti hava səbəbindən çətin olacaq. Ancaq bunu bəhanə kimi istifadə etməməliyik. “Mestalla”da oynamaq asan deyil”, - deyə Flikin sözlərini “AS” nəşri yayıb.

Qeyd edək ki, “Barselona” La Liqada keçirdiyi üç oyundan sonra 9 xal toplayaraq turnir cədvəlinə başçılıq edir. “Real Madrid” isə dörd görüşdə 9 xal əldə edib və ikinci pillədə qərarlaşıb.

“Barselona” sentyabrın 6-da La Liqanın IV turu çərçivəsində səfərdə “Valensiya” ilə qarşılaşacaq. Valensiyadakı “Mestalla” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə 19:15-də başlayacaq.







İspaniya L.L.