7 sentyabr 2026. Bazar ertəsi

Flik Yamalın komanda ilə ayrı məşq etməsinin səbəbini açıqlayıb


Flik Yamalın komanda ilə ayrı məşq etməsinin səbəbini açıqlayıb

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik hücumçu Lamin Yamalın “Valensiya” ilə sentyabrın 6-da keçiriləcək La Liqa matçı öncəsi komanda ilə birlikdə məşq etməməsinin səbəbini açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, almaniyalı mütəxəssis 18 yaşlı futbolçunun özünü yaxşı hiss etmədiyini bildirib.

“Bu gün səhər özünü yaxşı hiss etmirdi və ayrıca məşq etməli oldu. Məşqdən sonra isə hər şeyin qaydasında olduğunu dedi. O, bizimlə birlikdə oyuna gedəcək. Sabah vəziyyətə baxacağıq”, - deyə Flikin sözlərini “Barselona”nın mətbuat xidməti “X” sosial şəbəkəsində yayıb.

Qeyd edək ki, Yamal cari mövsümdə La Liqada üç matçda meydana çıxıb və iki qola imza atıb. Futbolçunun “Barselona” ilə hazırkı müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir.

“Transfermarkt” portalının məlumatına görə, Lamine Yamalın bazar dəyəri 220 milyon avro qiymətləndirilir.







İspaniya L.L.

Flik Rodri və Bernal barədə danışdı
  • İspaniya L.L.
  • 10:00 07.09.2026
Flik Rodri və Bernal barədə danışdı
“Sevilya” səfərdə xal itirdi
  • İspaniya L.L.
  • 01:12 07.09.2026
“Sevilya” səfərdə xal itirdi
“Mən “Barselona”nı sevirəm”
  • İspaniya L.L.
  • 00:57 07.09.2026
“Mən “Barselona”nı sevirəm”
“Bu, möhtəşəm oyun idi”
  • İspaniya L.L.
  • 23:58 06.09.2026
“Bu, möhtəşəm oyun idi”