6 sentyabr 2026. Bazar günü

De Yonq zədədən sonra gözləniləndən tez qayıda bilər


De Yonq zədədən sonra gözləniləndən tez qayıda bilər

“Barselona”nın mərkəz yarımmüdafiəçisi Frenki de Yonqun zədədən sonra yaşıl meydanlara gözləniləndən daha tez qayıtması mümkündür.

90deqiqe.Az  xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

İyulun sonunda 29 yaşlı futbolçuya dizinin daxili yan bağının cırılması diaqnozu qoyulub. Daha əvvəl onun 2026-cı ildə meydana çıxmayacağı bildirilsə də, de Yonq artıq oktyabr ayında sıraya qayıtmağı planlaşdırır.

Məlumata görə, niderlandlı yarımmüdafiəçi həkimlərin tövsiyə etdiyi cərrahi müdaxilədən imtina edib. O, millilərin oyunları ilə əlaqədar yaranacaq fasilədən müalicə prosesini uğurla başa çatdırmaq üçün istifadə etməyi düşünür.

De Yonq oktyabrın 8-dək komandanın ümumi məşqlərinə qoşulmağı hədəfləyir.

Qeyd edək ki, Frenki de Yonq 2019-cu ildən “Barselona”nın formasını geyinir. Onun Kataloniya klubu ilə müqaviləsinin müddətinin başa çatmasına daha üç mövsüm qalıb.







İspaniya L.L.