- İspaniya L.L.
- 17:57 06.09.2026
Madrid “Real”ında üç futbolçu komandanın ümumi məşqlərinə qayıdıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə COPE məlumat yayıb.
Yarımmüdafiəçi Orelyen Tçuameni, həmçinin hücumçular Endrik və Tyaqo Pitarç Çempionlar Liqasında “İnter”lə keçiriləcək oyun öncəsi komanda ilə məşqlərə başlayıblar.
Ferlan Mendi, Eder Militao, Rodriqo və Raul Asensio isə bərpa prosesini davam etdirirlər.
Qeyd edək ki, bir neçə gün əvvəl “Real”ın “Betis”lə matça hazırlığı zamanı adıçəkilən yeddi futbolçunun hamısı fərdi məşq keçib. Həmin qarşılaşmada Madrid klubu 0:1 hesabı ilə məğlub olub.
Məlumata görə, bərpa prosesində irəliləyiş əldə edən Endrik və Pitarçın sentyabrın 8-də “İnter”ə qarşı keçiriləcək matçın iştirak ərizəsinə daxil edilmələri mümkündür.