- İspaniya L.L.
- 21:26 06.09.2026
İspaniya La Liqasının IV turunda “Valensiya” və “Barselona” komandaları üz-üzə gəlib.
90deqiqe.Az xəbər verir ki, “Mestalya” stadionunda keçirilən qarşılaşmada qonaqlar böyük hesablı qələbə qazanıblar – 5:0. Görüşün baş hakimi İsidro Dias de Mera Eskuderos olub.
Matçda hesabı 6-cı dəqiqədə “Barselona”nın vingeri Lamin Yamal açıb. 22-ci dəqiqədə yarımmüdafiəçi Fermin Lopes Kataloniya klubunun üstünlüyünü iki topa çatdırıb.
İkinci hissənin 50-ci dəqiqəsində Rafinya hesabı 3:0 edib. 79-cu dəqiqədə Pedri “Valensiya”nın qapısına dördüncü topu göndərib.
84-cü dəqiqədə Lamin Yamal daha bir dəfə fərqlənərək dublunu rəsmiləşdirib və qarşılaşmada yekun hesabı müəyyənləşdirib – 5:0.
Bu qələbədən sonra “Barselona” 4 turdan 12 xal toplayaraq La Liqanın turnir cədvəlinə vahid lider kimi başçılıq edir. Kataloniya təmsilçisi “Betis” və Madrid “Real”ını 3 xal qabaqlayır.
“Valensiya” isə 4 turdan sonra cəmi 1 xal toplayıb və turnir cədvəlinin sonuncu – 20-ci pilləsində qərarlaşıb.
“Barselona” növbəti matçını sentyabrın 13-də səfərdə “Levante”yə qarşı keçirəcək. “Valensiya” isə sentyabrın 11-də “Sevilya”nı qəbul edəcək.