7 sentyabr 2026. Bazar ertəsi

“Bu, möhtəşəm oyun idi”


“Bu, möhtəşəm oyun idi”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik İspaniya çempionatının IV turunda “Valensiya”ya qarşı keçirilən matçdan sonra açıqlama verib.

90deqiqe.Az-ın məlumatına görə, almaniyalı çalışdırıcı komandasının çıxışından razı qaldığını bildirib:

“Bu, möhtəşəm oyun idi. Matçın əvvəlindən etibarən oyuna nəzarət etdik. Məhz bunu görmək istəyirəm”.

“Əsas olan mənim üçün bu üç xaldır. Təbii ki, kifayət qədər ustalığımız var və boş zonaları tapa bilirik. Aşağı blokda müdafiə olunan rəqibə qarşı yaxşı hücum etməyi bacarırıq. Bunu görmək xoşdur. Xüsusilə belə temperaturda oyuna nəzarət etməyi bacardıq”.

“Pau Kubarsinin sarı vərəqəsi? O, həmin epizodda qayda pozuntusuna getməli idi. Belə hallar olur və bunu qəbul etmək lazımdır. Hakim yaxşı oyun idarə etdi. Hesab 5:0 olanda hücumları davam etdirməyə ehtiyac olub-olmadığını bilmirəm. Ola bilsin, oyuna bir qədər daha çox nəzarət etməli idik. Qarşıda çoxlu matçımız var və mümkün qədər gücümüzə qənaət etməliyik”, - deyə Flik fikirlərini yekunlaşdırıb.

Qeyd edək ki, Kataloniya təmsilçisi səfərdə rəqibini 5:0 hesabı ilə məğlub edib.“Barselona” 4 turdan sonra mümkün 12 xalı toplayaraq İspaniya La Liqasının turnir cədvəlində vahid liderdir.







İspaniya L.L.

“Bu, möhtəşəm oyun idi”
  • İspaniya L.L.
  • 23:58 06.09.2026
“Bu, möhtəşəm oyun idi”