7 sentyabr 2026. Bazar ertəsi

Qabriel Xesus “Barselona”dakı debütündən danışdı


Qabriel Xesus “Barselona”dakı debütündən danışdı

“Barselona”nın yeni transferi Qabriel Xesus komandadakı debütündən sonra təəssüratlarını bölüşüb.

90deqiqe.Az -ın məlumatına görə, braziliyalı futbolçu debüt matçından məmnun qaldığını bildirib:

““Barselona”nın heyətində ilk oyunumu keçirdiyim üçün çox xoşbəxtəm. Fiziki cəhətdən yaxşı vəziyyətdəyəm, lakin hələ oyun ritmim çatışmır. Bu gün meydanda keçirdiyim vaxtdan razı qaldım”, - deyə Xesusun sözlərini “Barca Universal” yayıb.

Qeyd edək ki, braziliyalı hücumçu İspaniya La Liqasının IV turunda “Valensiya”ya qarşı keçirilən və Kataloniya təmsilçisinin 5:0 hesablı qələbəsi ilə başa çatan qarşılaşmanın 81-ci dəqiqəsində meydana daxil olub.

Əlavə edək ki, Kataloniya klubu 29 yaşlı hücumçunu transfer pəncərəsinin bağlanmasına az müddət qalmış Londonun “Arsenal” klubundan heyətinə qatıb.

Transferin dəyərinin bonuslar nəzərə alınmadan 10 milyon avro olduğu bildirilir.







İspaniya L.L.

Flik Rodri və Bernal barədə danışdı
  • İspaniya L.L.
  • 10:00 07.09.2026
Flik Rodri və Bernal barədə danışdı
“Sevilya” səfərdə xal itirdi
  • İspaniya L.L.
  • 01:12 07.09.2026
“Sevilya” səfərdə xal itirdi
“Mən “Barselona”nı sevirəm”
  • İspaniya L.L.
  • 00:57 07.09.2026
“Mən “Barselona”nı sevirəm”
“Bu, möhtəşəm oyun idi”
  • İspaniya L.L.
  • 23:58 06.09.2026
“Bu, möhtəşəm oyun idi”