7 sentyabr 2026. Bazar ertəsi

“Mən “Barselona”nı sevirəm”


“Mən “Barselona”nı sevirəm”

“Barselona”nın hücumçusu Qabriel Xesus İspaniya La Liqasının IV turunda “Valensiya” üzərində qazanılan 5:0 hesablı qələbədən sonra komandanın oyununu dəyərləndirib.

90deqiqe.Az-ın məlumatına görə, braziliyalı hücumçu komandanın oyun üslubundan məmnun olduğunu bildirib:

“Bizim möhtəşəm komandamız var və gözəl futbol oynayırıq. Meydanda özümü göstərmək üçün yaranan hər fürsətdən maksimum istifadə etməliyəm.

Mən futbolu sevirəm, “Barselona”nı da sevirəm. Məhz belə üslubda oynamaq istəyirəm. Bu, mənə böyük sevinc bəxş edir”, - deyə Jezuşun sözlərini “Barca Universal” yayıb.

Qeyd edək ki, 29 yaşlı futbolçu Kataloniya təmsilçisinin heyətində debüt edib. O, qarşılaşmanın sonlarında, hesab 4:0 olarkən meydana çıxıb.

Braziliyalı forvard sentyabrın 1-də Londonun “Arsenal” klubundan rəsmi olaraq “Barselona”ya keçib.

29 yaşlı futbolçu ilə 2029-cu ilə qədər müqavilə imzalanıb.







İspaniya L.L.

“Sevilya” səfərdə xal itirdi
  • İspaniya L.L.
  • 01:12 07.09.2026
“Sevilya” səfərdə xal itirdi
“Mən “Barselona”nı sevirəm”
  • İspaniya L.L.
  • 00:57 07.09.2026
“Mən “Barselona”nı sevirəm”
“Bu, möhtəşəm oyun idi”
  • İspaniya L.L.
  • 23:58 06.09.2026
“Bu, möhtəşəm oyun idi”