- İspaniya L.L.
- 10:00 07.09.2026
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik yarımmüdafiəçilər Rodri Ernandes və Mark Bernalın çıxışları barədə fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, almaniyalı çalışdırıcı Rodrinin komandadakı rolunu yüksək qiymətləndirib:
“Rodridən çox razıyıq. Onun meydanda etdiyi hər bir hərəkətin müəyyən mənası var. O, həm meydanda, həm də soyunub-geyinmə otağında bizim üçün vacibdir.
Bernal Rodridən çox şey öyrənə bilər. Mark artıq üzərinə düşən vəzifələrin öhdəsindən çox yaxşı gəlir. Lakin Rodrinin oyununda gördüklərini mənimsəsə, özünü daha da inkişaf etdirə bilər”, - deyə Flikin sözlərini “Barca Universal” yayıb.
Qeyd edək ki,Kataloniya təmsilçisi bazar günü İspaniya La Liqasının IV turunda səfərdə “Valensiya”nı 5:0 hesabı ilə darmadağın edib.
Rodri “Barselona”nın start heyətində ilk dəfə meydana çıxıb və 62-ci dəqiqəyədək mübarizə aparıb. Bundan sonra o, yerini Mark Bernala verib.
“Barselona” 4 turdan sonra 12 xal toplayaraq La Liqanın turnir cədvəlinə başçılıq edir.